Varşava orkestrinin dirijor pultu arxasında
Varşavanın “Polşa Radio Konsert Studiyası”nda “Sinfonia Varsovia” simfonik orkestrinin konserti keçirilib.
Orkestrə Azərbaycanın Əməkdar
artisti, Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin dirijoru, eyni zamanda, Yeni Münxen
Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov rəhbərlik edib.
“Sinfonia Varsovia” orkestrinin rəhbəri Yanuş Marınovski tərəfindən dəvət
olunmuş azərbaycanlı
dirijorun idarəsi ilə keçirilən konsertin proqramında tanınmış polyak bəstəkarları Qrajina
Batseviç, Miçıslav
Vaynberq, görkəmli
rus bəstəkarı
Dmitri Şostakoviç və
digər bəstəkarların
əsərləri yer
alıb.
Yüksək səviyyədə təşkil
olunmuş konsert alqışlarla qarşılanıb.
Tədbir zamanı Varşava
İncəsənət Akademiyasının rektoru
Marçin Zqlinski Azərbaycanın
Polşadakı səfiri Həsən Həsənovla görüşüb. O, Azərbaycan musiqisinə
vurğunluğunu qeyd
edərək, 2018-ci ildə Moskvada Qara Qarayevin 100 illiyinə
həsr olunmuş konsertdə iştirak etdiyini
vurğulayıb.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.3.