Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti İdarə heyətinin yeni tərkibi seçilib

 

 

 

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti İdarə heyətinin növbəti iclası olub.

Cəmiyyətin sədri Şavkat Şaripov 2018-ci ildə görülən işlər, 2019-cu ilin planları haqqında danışıb. İdarə heyətinin yeni tərkibi seçilib.

Cəmiyyətin fəaliyyətinin genişlənməsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə əməkdaşlığın mühüm rolu qeyd edilib. Mərkəzin direktoru Samir Abbasov qurumun İdarə heyətinin üzvü seçilib.

2014-cü ildə iki qurum arasında imzalanan memoranduma əsasən, mədəniyyət, ədəbiyyat, informasiya, turizm sahələrində, habelə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin əbədiləşdirilməsi və təbliği ilə bağlı layihələr həyata keçirilir.

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.3.