Musiqili teatrda Ofeliya Aslanın xatirəsi anılacaq
Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında növbəti nümayişi görkəmli aktrisa Ofeliya Aslanın (1939-2010) 80 illik yubileyinə həsr ediləcək.
Özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan, sevilən aktrisa bu tamaşada həyat yoldaşı – Xalq artisti Səyavuş Aslanla (Vəli) tərəf-müqabili olub, Telli rolunu ifa edib.
Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda görkəmli aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamımız Bədurə Əfqanlının ailəsində doğulub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru ixtisası üzrə bitirib.
Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa kimi çalışıb.
“Durna” (Lalə),
“Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal
alan” (Telli), “Hicran” (Çarliston),
“Axırı yaxşı olar” (Dilbər),
“Bankir adaxlı” (Səmayə) və digər
tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Xoşbəxtlik
qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri
köndələn yar” kimi
film və teletamaşalarda
yaddaqalan obrazlar
yaradıb. 18 may 2010-cu ildə vəfat edib.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.2.