Azərbaycanda “Nəsimi ili”nin elan
edilməsi geniş rezonans doğurub
Mərakeşin “Əl-İslah və
Ət-Tənmiyə” qəzetində
“Prezident İlham Əliyev Azərbaycanda
2019-cu ili “İmadəddin
Nəsimi ili” elan edib” sərlövhəli
məqalə dərc edilib.
Məqalədə dövlət başçısının
sərəncamı ilə
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinin geniş şəkildə qeyd olunacağı diqqətə
çatdırılır. Bildirilir ki,
İmadəddin Nəsiminin
yubileyi (600 illiyi) beynəlxalq miqyasda ilk dəfə UNESCO tərəfindən
1973-cü ildə keçirilib.
Qəzetdə Nəsiminin həyatı barədə
məlumat verilir. Qeyd olunur ki, mütəfəkkir
şair Azərbaycanda (Şamaxıda) anadan olub. Dövrün
elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib.
Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz
qaldığı bir vaxtda
Nəsimi vətəndən didərgin düşüb,
İraq, Türkiyə, Suriyada
yaşamağa məcbur olub.
Hürufilik təlimi əsasında irəli
sürdüyü panteist
ideyaları üstündə Hələb şəhərində
edam olunub. Onun Azərbaycan dilində yazılmış
“Divan”ı qorunub saxlanılıb, eyni zamanda, fars
və ərəb dillərində əsərləri qalıb.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.2.