Azərbaycanlı rejissorun
filmi “Körpülər”ə
çıxıb
Brüssel İncəsənət Sarayında (BOZAR) Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq ikinci ildir təşkil edilən “Bridges” (“Körpülər”) film festivalı çərçivəsində azərbaycanlı rejissor Hilal Baydarovun “Ad günü” sənədli filmi nümayiş olunub.
Film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib. Filmin nümayişindən sonra rejissor tamaşaçıların suallarını cavablandırıb.
Hilal Baydarov 1987-ci ildə Bakıda doğulub. Kompüter elmləri üzrə ali təhsil (o cümlədən 2013-cü ildə magistr dərəcəsi) alsa da, kino yaradıcılığı ilə məşğul olur.
Rejissorun ilk bədii filmi – “Adsız yüksəkliklər” (2018) Monreal (Kanada) və Kotbus (Almaniya) festivallarında göstərilib. Bundan sonra o, “Ad günü” və “Bir gün Səlimpaşa”da sənədli filmlərini çəkib. “Ad günü” ötən il Sarayevo Beynəlxalq sənədli filmlər festivalında mükafat qazanıb.
Onu da qeyd edək ki, yanvarın
21-dən etibarən Bakıdakı “Flame
Towers”də yerləşən “Park Cinema”da Hilal
Baydarovun “Adsız yüksəkliklər” bədii
filminin nümayişi
başlanacaq. Xronometrajı 93 dəqiqə
olan ekran əsəri
fəlsəfi problemdən – insanın təbiət
qarşısında diz çökməsindən
bəhs edir.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.8.