Türkiyədə 20 Yanvar qurbanlarının xatirəsi anılıb

 

 

 

Hər il olduğu kimi, bu ilqardaş Türkiyədə 20 Yanvar faciəsinin qurbanları müxtəlif tədbirlərlə alınıb.

Yanvarın 18-də Ankara Universitetinin Hüquqşünaslıq fakültəsində keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, fakültənin dekanı Muharrem Özen çıxış ediblər.

Tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar. 20 Yanvar faciəsi ilə bağlı sənədli film  nümayiş etdirilib.

* * *

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar İstanbul metrosunun “Yeniqapı” qovşağında “Qanlı Yanvar” adlı fotosərgi təşkil edilib. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə ərsəyə gələn sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolar nümayiş olunub.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev sərgi barədə danışaraq 20 Yanvarın ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsi olduğunu deyib.

* * *

İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyində də (İSTAD) 20 Yanvar qurbanlarının xatirəsi anılıb. Tədbirin aparıcısı sosial elmlər üzrə tədqiqatçı, yazıçı-tərcüməçi Mətin Yıldırım, dərnəyin sədri Səfər Qaraqoyunlu 20 Yanvar faciəsi barədə məlumat veriblər.

Tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, professor Adil Allahverdiyev, Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşı Xəyyam Daşdəmirov və başqalarının çıxışları dinlənilib. Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

* * *

İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və “Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı” adlı tədbir keçirilib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin başqanı Rəşid Həsən Mustafazadə, “Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin rəhbəri Nuran Acar çıxış ediblər. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın mövzu ilə əlaqədar məruzəsi dinlənilib.

 

Mehparə SULTANOVA

Ankar

 

Mədəniyyət.- 2019.- 23 yanvar.- S.5.