“Nəsimi
ili”nin elan
olunması humanizm ideyalarına çağırışdır
Azərbaycan öz parlaq mədəniyyəti, zəngin
mədəni, mənəvi
dəyərləri ilə
bəşəriyyətin mədəni
irsinə böyük
töhfələr verib.
Bu fikir Avropa Şurası Parlament Assambleyasının sessiyasında
Azərbaycan nümayəndə
heyətinin üzvü
Sahibə Qafarovanın
çıxışında yer alıb.
2019-cu ilin Azərbaycanda
“Nəsimi ili” elan olunduğunu vurğulayan deputat qeyd edib ki,
İmadəddin Nəsimi
təkcə Azərbaycan
xalqının yox, bütün dünyanın
ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri
ideyalar yüksək poetik şəkildə tərənnüm olunub.
Onun yaradıcılığı nəinki
Azərbaycan xalqının,
o cümlədən, bütün
bəşəriyyətin fəlsəfi
fikir tarixində dərin izlər qoyub.
Nəsimi böyük humanist şair,
insanı ilahiləşdirən,
onu ucaldan bənzərsiz şeirlərin
müəllifidir.
Deputat diqqətə
çatdırıb ki, Şərqin böyük filosofunun
fikirləri Qərb mədəniyyətinin və ədəbiyyatının
nümayəndələrinin humanizm fikirləri
ilə bənzərdir. Azərbaycanda 2019-cu ilin
“Nəsimi ili” elan
olunması da böyük
mütəfəkkirin təbliğ etdiyi
ümumbəşəri dəyərlərin, humanizm
ideyalarının yaşadılmasına bir
çağırışdır.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.3.