Uşaqların tərbiyəsində teatr metodlarından istifadə
Bakı Uşaq Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanın “Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitinin təqdimatı olub.
Metodik vəsait spesifik xüsusiyyətlərə malik kollektivlərlə və yeniyetmələrlə işləmək üçün nəzərdə tutulub. Kitabda psixologiya və teatr, dram sənətinin vəhdətindən söhbət açılır, bu iki sahənin birgə imkanlarından gənclərin təlim-tərbiyə işlərində hər hansı çətinliyin aradan qaldırılması üçün faydalanma yollarından bəhs olunur. Vəsaitdən yeniyetmələrdən ibarət cəzaçəkmə müəssisələrində, eyni zamanda, fiziki və zehni cəhətdən zəif yeniyetmələrlə, xüsusi təmayüllü məktəblərdə çətin tərbiyə olunan uşaqlarla iş zamanı istifadə etmək mümkündür.
Kitab Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə üçüncü qrant müsabiqəsində qalib olan “Görünməz dərs” layihəsi çərçivəsində hazırlanıb.
Təqdimatda
çıxış edən müəllif bildirib
ki, Bakı Uşaq
Teatrı davamlı olaraq uşaq
evlərində, məktəblərdə tamaşalar
göstərir və teatrın yarandığı gündən
etibarən topladığı təcrübələr məhz
bu kitabda öz əksini tapıb: “İşimizlə
bağlı müxtəlif təhsil ocaqlarında, həbsxanalarda
və sair məkanlarda uşaqlarla
təmasda oluruq. Orada hiss etdim ki, belə bir
metodik vəsaitə ehtiyac var”.
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun şöbə müdiri, teatrşünas
Vidadi Qafarov kitabın
əhəmiyyətini vurğulayıb. Qeyd
edib ki, insan üçün cəmiyyətdə
lazım olan bütün
keyfiyyətlər burada öz
həllini tapıb. Kitabın sonunda isə
müasir və klassik
dramından nümunələr göstərilib.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.3.`