“Zirvəyə doğru

 

 

Təbrizli və bakılı musiqiçilərin birgə yaradıcılıq məhsulu

 

Təbrizin “Barış” etno-rok musiqi qrupunun solisti və rəhbəri Məsud Barış bəstəkar Tural Məmmədli ilə birgə ərsəyə gətirdiyi “Zirvəyə doğru” diskinin təqdimatı ilə bağlı Bakıya gəlib.

Yanvarın 24-də təqdimatı keçirilən diskə 11 mahnı daxil edilib. Hər iki müəllifin bəstələrinin yer aldığı diskdəki ifalar Məsud Barışa məxsusdur.

Birgə albomdan bəhs edən Məsud Barış AZƏRTAC-a müsahibəsində deyib: “Əsasən vokal ifaçısı kimi tanınsam da, Tural Məmmədlinin bəstələri çox xoşuma gəldi. İnanıram ki, diskdə yer alan mahnılar dinləyicilərin ürəyincə olacaq”.

Bakıda bir neçə dəfə musiqisevərlər qarşısında çıxış etdiyini söyləyən soydaşımız burada təhsil almasından da danışıb: “Bakıya gəlişim adi bir təsadüf nəticəsində baş verdi. İllər öncə Azərbaycanın görkəmli vokal ustası Lütfiyar İmanov Təbrizdə konsert verərkən səhnəni yerli ifaçılarla bölüşürdü. O, çox ifaçını dinləsə də, mənə üstünlük verərək dedi: “Sən mənin gəncliyimi xatırladırsan”.

Onunla birgə konsert verdik. Lütfiyar müəllimin dəvəti ilə ilk dəfə Bakıya gəldim, burada bir il ondan sənətin sirlərini öyrəndim”.

Görkəmli vokalçının vəfatından çox kədərləndiyini deyən Məsud Barış onunla başladığı işi yarımçıq qoymayacağına və vokal sənətinə tam yiyələnəcəyinə söz verib: “Elə bu istəklə də Bakıda Azərbaycan Dövlət Konservatoriyasında klassik vokal sənəti üzrə təhsil aldım, görkəmli pedaqoqlardan dərs alaraq sənətin sirlərinə yiyələndim. Əlbəttə ki, yüksək təhsil görmədən peşəkar səviyyəyə yüksəlmək mümkünsüzdür. Başda dahi Üzeyir Hacıbəyli olmaqla, demək olar ki, bütün klassik bəstəkarların yaradıcılığından bəhrələnməyə çalışıram. Xüsusilə, Qara Qarayevin yaradıcılığını özüm üçün təməl hesab edirəm. Bəlkə də bunun nəticəsidir ki, yaradıcılığımda digər janrlarla yanaşı, klassik əsərlər də mühüm yer tutur”.

Mən klassik musiqi təhsili almışam. Amma cəmiyyətdə pop rok musiqisi çox sevilir. Çalışıram ki, klassik rokun sintezindən elə bir musiqi yaransın ki, həm gənclərin zövqünü oxşasın, həm milli üslubu insanlara çatdıra bilək,- deyə o vurğulayıb.

Təbrizdə rəhbərlik etdiyi musiqi məktəbində 300-dən çox şagirdin təhsil aldığını söyləyən musiqiçi deyib: “İranda musiqi təhsili almağa böyük maraq var. Məktəbdə gənclərlə yanaşı, yuxarı yaşda olan tələbələr var. Klassik, eləcə Azərbaycan İran musiqisini təxminən 30 müəllim tədris edir. Pedaqoqların əksəriyyətinin peşəkar musiqiçilər olması gələcəkdə tələbələrin arasından çoxlu istedadlar yetişəcəyinə ümid yaradır”.

Məsud Barış bədii rəhbəri olduğuBarışetno-rok musiqi qrupu barədə məlumat verib. Qrup təkcə İranda deyil, Azərbaycan, Türkiyə Mərkəzi Asiya ölkələrində populyarlıq qazanıb. O, ABŞ-da, Virciniya ştatında San-Fransiskoda da konsert proqramı ilə çıxış edib. Qrupun Türkiyənin Ankara, İstanbul digər şəhərlərində konsertləri nəzərdə tutulur.

Ümumilikdə 50-dən çox əsərin müəllifi olan Məsud Barışın musiqi albomlarına həm simfonik, həm simli orkestr, tamaşa, simli kvartet, ansambllar, solo alətlər üçün əsər mahnılar daxildir. Bəstələri BakıdaGəncliyin səsiincəsənət festivalında, ABŞ-ın Texas ştatında, eləcə Vyana, Budapeşt, Moskva, İstanbul, Tehran digər şəhərlərdə səslənib.

Təqdimatı keçiriləcək diskin müəlliflərindən biri Tural Məmmədli musiqilərin ölkəmizdə diskə yazıldığını bədii rəhbəri olduğuEtno-klass” instrumental ansamblının istedadlı musiqiçilərinin müşayiəti ilə ərsəyə gəldiyini söyləyib. O deyib: “Biz birgə yaradıcılıq məhsulu olan əsərləri geniş musiqisevərlər auditoriyasına təqdim etmək istəyirik. Hazırda növbəti albom üzərində işləyirik. Həmçinin Bakıda tamam yeni orijinal formatda konsert verməyi düşünürük”.

Qeyd edək ki, Tural Məmmədli ilə Məsud Barışın daha bir uğurlu layihəsi Təbrizin 2018-ci ilİslam ölkələrinin turizm paytaxtı” seçilməsindən sonra həyata keçib. Təbrizdə keçirilən təntənəli açılış mərasimində səslənən himnin müəllifi Tural Məmmədli olub.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.1;5.