Dilçiliklə bağlı tədqiqatlar nəşr olunub

 

 

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Tədqiqlər” jurnalının 2018-ci il üçün sonuncu nömrəsi çapdan çıxıb.

İnstitutdan bildirilib ki, jurnalda Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanının əhəmiyyətindən bəhs edilir.

Məcmuənin bu nömrəsində müasir Azərbaycan dili, dil nəzəriyyəsi, mətn sintaksisitürk dillərinin tədqiqinə aid məqalələr verilib.

“Tədqiqlər” jurnalı ildə dörd dəfə, üç aydan bir nəşr olunur.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.4.