“Musiqidə yaşanan ömür”
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına Uşaq incəsənət məktəbi ilə birgə Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın (1924-2013) 95 illik yubileyi münasibətilə “Musiqidə yaşanan ömür” adlı musiqi gecəsi keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Ş.Axundovanın həyat və yaradıcılığı, S.Rüstəmov adına məktəbin müəlliməsi Vüsalə Həşimova sənətkarın vətən gözəllikləri və vətənpərvərlik mövzusunda mahnıları haqqında məlumat verib.
Sonra tədbir
iştirakçıları bəstəkarın ömür yolundan bəhs
edən videofilm izləyiblər. Musiqi gecəsi S.Rüstəmov adına Uşaq incəsənət məktəbinin
müəllim və şagirdlərinin təqdim etdiyi konsert proqramı ilə
davam edib. Müəllimlər Faiq
Şıxbabayev (tar), Zərifə Qurbanova (kamança) və
Kamran Qədəşovun (nağara)
müşayiəti ilə Rövşanə Əliyevanın
ifasında “Nədən oldu”, Zərifə
Zərbəliyevanın ifasında “Mehriban
olaq” mahnıları, Nihad
Kamillinin tarda ifa etdiyi
“Bayatı-Şiraz” muğamı maraqla
qarşılanıb.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.4.