Muzeydə Arxeologiya klubu yaradılıb

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Arxeologiya klubu yaradılıb.

Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə bildirib ki, əsas məqsəd gənc nəslin arxeologiya sahəsində biliklərini artırmaq, mədəni irstarixi abidələrimizi təbliğ etmək, bu istiqamətdə təhsil müəssisələrində maarifləndirici tədbirlər keçirməkdən ibarətdir.

Muzeyin arxeoloji kolleksiyasına 50 mindən çox arxeoloji və təsadüfi tapıntı daxildir. Bütün arxeoloji tapıntılar qeydiyyatdan keçirilərək qablaşdırılır və fondda saxlanılır. 2008-ci ildən bəri fond əşyalarının elektron pasportlaşdırılması həyata keçirilir. İndiyədək 12 mindən çox arxeoloji tapıntının elektron pasportu tərtib olunub. Muzeyin ekspozisiyasında 1195 arxeoloji eksponat nümayiş etdirilir.

 

Mədəniyyət.- 2019.- 25 yanvar.- S.2.