Növbəti mühazirə fotoqrafiya sənətinə həsr edilib
“YARAT” Müasir İncəsənət Məkanı yanvarın 30-da Səyyar Fotoqrafiya Muzeyi (Gürcüstan) ilə birgə açıq mühazirə təşkil edəcək. “YARAT” Müasir İncəsənət Mərkəzində reallaşacaq tədbir muzeyin Bakıda ilk layihəsidir.
Tədbir çərçivəsində regional və beynəlxalq səviyyədə tanınmış, eləcə də yaradıcılığa yeni başlayan fotoqrafların əsərlərinin slayd-şousu nümayiş ediləcək. Tbilisi Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyinin həmtəsisçisi və bədii rəhbəri Nestan Nijaradzenin “Cənubi Qafqazda fotoqrafiya sənəti və Avropa mədəni innovasiyaları ilə əlaqə” adlı mühazirəsi dinləniləcək.
Səyyar Fotoqrafiya Muzeyi Gürcüstanda və
Cənubi Qafqazda fotoqrafiya
sənətinin pioneri sayılan Aleksandr Roinaşvili tərəfindən
yaradılıb. XIX əsrin ikinci
yarısında səyyar muzey Gürcüstan və Rusiya
şəhərlərinə səyahət edərək, hər
kəsi öz zəngin kolleksiyası ilə
tanış edirdi. İndiki
dövrümüzdə muzey öz adət-ənənələrinə sadiq qalır, bununla
yanaşı fotoqrafiya sənəti ilə
bağlı ictimaiyyət üçün
müxtəlif mühazirələr təşkil edir.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.7.