“Oturacaqlar”ı beynəlxalq müsabiqəyə
aparacaqlar
Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Çexiyada Praqa Beynəlxalq qısa film festivalı və Fransada “Angers Premiers Plans” film festivalının “European Student films” müsabiqəsinə dəvət alıb.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasından bildirilib ki,
azərbaycanlı və ingilis
kinematoqrafçıların birgə istehsalı olan filmin ssenaristi
və quruluşçu rejissoru
Orxan Ağazadə, quruluşçu
operator, Kameron Vard, quruluşçu rəssamı
Lara Zeidandir.
Rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova,
İsgəndər Abbasov və
başqaları oynayır.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.8.