“Şəhid şəhər”
Xocalı soyqırımının ildönümü ilə bağlı uşaq rəsm müsabiqəsi
Xocalı
soyqırımının 27-ci ildönümünə həsr
olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm
müsabiqəsi elan olunub.
Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir. İştirak etmək istəyənlər öz əl işlərini xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər. Mövzu və düzgün kompozisiyaya, uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Müsabiqə iki turdan ibarət
olacaq. Münsiflər heyətinin seçimi
əsasında birinci turdan keçmiş əsərlər Xətai
Sənət Mərkəzində
təşkil ediləcək
sərgidə nümayiş
olunacaq. Sonda
qaliblər diplom və təşəkkürnamə
ilə təltif ediləcəklər.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.6.