Türkiyə ilə mədəni əlaqələrin inkişafı müzakirə edilib

 

 

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət şöbəsinin müdiri Rıdvan Duranla görüşüb.

Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin daha da dərinləşməsi istiqamətində müzakirələr aparılıb. Birgə layihələrin icrası ilə bağlı təşəbbüslər müzakirə olunub.

Qeyd edək ki, hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrında Hüseyn Cavidinİblis” əsərinin tamaşası hazırlanır. Tamaşanın mart ayında təqdim olunması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 30 yanvar.- S.2.