İrəvan teatrı qastrola
çıxır
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə 2 fevral tarixində yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımına həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərinə qastrola gedəcək.
Tamaşanın bədii rəhbəri Əməkdar
artist Sərvər Əliyev, quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu
rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur. Rollarda əməkdar artistlər
Rəşid Rzayev, Tünzalə
Əliyeva, Xatirə Süleymanova, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin
Səfərəliyev, Sevinc Hüseynova, Güney
Əliyeva, Səbinə İmamverdiyeva,
Şəbnəm Cəbrayılova, Gültac
Əsgərova, Müdvər Nemətova, Səmayə
İsmayılova, Elnarə Heydərova, Məhərrəm
Musayev, Ruhiyyə Eyvazova,
Natiq Həziyev, Əmrulla Nurullayev,
Arzuman Tanrıverdiyev və Rövşən
Cəfərov çıxış edəcəklər.
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.4.