Tacik ustaların əl işləri
Bakıda
Bakıda Tacikistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə tacik ustaların unikal əl işləri təqdim olunub. Tədbir 2019-2021-ci illərin Tacikistanda kənd təsərrüfatı, turizm və xalq sənəti illəri elan olunması münasibətilə təşkil edilib.
Tacikistan səfirliyindən verilən məlumata görə, tədbir çərçivəsində tikiş, toxuculuq, yastıq üzərində naxışlar, parça və yaylıq üzərində eskizlərin təsviri olan əl işləri təqdim edilib.
Bakıda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yerli sənətkarlar, həmçinin Azərbaycanda yaşayan Tacikistan vətəndaşları tacik sənətkarların əl işləri ilə tanış olublar.
Tacik xalq
musiqisinin sədaları altında milli geyim nümunələri
də nümayiş etdirilib.
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.8.