Yeni filmin qala-gecəsi
“Kişi ol” filminin qala-gecəsi keçirilib. Filmin qəhrəmanı bir biznesmen tərəfindən
təhdid olunan tanınmış jurnalistdir.
Ekran əsərinin
ssenari müəllifi və rejissoru Valeh Əhmədov, quruluşçu operatoru Əhməd Barasov, quruluşçu rəssamı
isə İlqar Qurbanovdur. Filmdə xalq artistləri
Həmidə Ömərova
və Qurban İsmayılov kimi tanınmış simalar da rol alıb.
Təqdimatda çıxış edənlər
filmin beynəlxalq müsabiqələrə çıxarılacaq
səviyyədə olduğunu
vurğulayıblar.
Film yanvarın 26-dan “Park Cinema” kinoteatrlarında nümayiş
olunur.
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.8.