Muzey əşyalarının bərpası ilə bağlı onlayn mühazirə

   

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşı İranə İbrahimova növbəti onlayn mühazirə keçib.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulan mühazirə “Şüşədən olan və minalı muzey əşyalarının bərpası” mövzusuna həsr olunub.

 

Mühazirə zamanı Milli Azərbaycan Tarixi, Milli Xalça və Masallı Tarix-Diyarşünaslıq muzeylərinin Elmi Bərpa Mərkəzində bərpa edilmiş eksponatlarının fotoşəkilləri əsasında, həmçinin xaricdə aparılan bərpa prosesi haqqında məlumatlardan hazırlanmış təqdimat və elmi materiallar tələbələrin diqqətinə çatdırılıb.

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.4.