“Evim,
gözəl evim” virtual
sərgisi
Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal – qalib gəl!”
layihəsi çərçivəsində
aprelin 6-da “Evim, gözəl evim” adlı virtual sərgi təşkil edib.
Qalereya sənətsevərləri
xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi
salonlarının müvəqqəti
bağlı olmasını
nəzərə alaraq
virtual sərgini izləməyə
dəvət edir. Virtual sərgi müxtəlif texnikada və məişət mövzusunu
əhatə edən Azərbaycan Dövlət Rəsm Qalereyasının
fondunda saxlanılan əsərlərdən ibarətdir.
Sərgidə Adil Hacıyev,
Hafiz Zeynalov, Qafar Seyfullayev, İbrahim Rzayev, Məmməd Mustafayev, Böyükağa
Mirzəzadə, Tağı
Tağıyev, Niyaz Nəcəfov, Fuad Qafarov, Cahangir Rüstəmov, Çingiz
Fərzəliyev, Ağa
Mehdiyev, Fikrət Bağırov, Həsən
Haqverdiyev, Faiq Ağayev kimi rəssamların əsərləri
yer alır.
Virtual sərgini Azərbaycan
Dövlət Rəsm Qalereyasının sosial
media hesabları vasitəsilə izləmək
mümkündür.
Mədəniyyət.-2020.- 10 aprel.-
S.7.