Evimizə “gələn” teatrlar

 

Koronavirus pandemiyası ilə bağlı müvəqqəti olaraq fəaliyyətini dayandıran teatrların kollektivləri də onlayn rejimdə çalışaraq tamaşa nümayişlərini, virtual təqdimatlarını davam etdirirlər.

 

Ötən sayımızda məlumat verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı internet saytı və sosial şəbəkə səhifələri üzərindən müxtəlif tamaşalarının videoyazılarını təqdim edir. Teatrın maraqlı tamaşaları Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsində də nümayiş etdirilir.

 

Qeyd edək ki, bu telelayihə çərçivəsində digər teatrlarımızın da səhnə əsərlərinə yer verilir. O cümlədən Azərbaycan Dövlət Kukla Teatrında çəkilmiş tamaşalar aprelin 6-dan etibarən uşaqlar üçün saat 21:00-da “Şirin yuxular” proqramında hissə-hissə yayımlanır.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da işini karantin qaydalarına əməl etməklə onlayn rejimdə qurub. TeatrBizi birləşdirən mədəniyyət” telelayihəsi üzrə aprelin 6-da başlayanÜzeyir Hacıbəyli həftəsi”ndə də iştirak edir. Yaradıcı heyətin üzvləri cari mövsümdə hazırlanan tamaşalarının ev şəraitində məşqlərini də imkan daxilində davam etdirirbunu da sosial şəbəkədə paylaşırlar.

 

Bundan başqa, Akademik Musiqili Teatr “Evdə qal” kampaniyası çərçivəsində maraqlı layihəyə də imza atıb. Teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türkispan musiqiçiləri virtual şəkildə bir araya gələrək musiqi nömrəsi təqdim ediblər.

 

Gənc Tamaşaçılar Teatrı da aylıq repertuarı ilə yanaşı, yaddaqalan tamaşalardan parçaları da sosial şəbəkə hesablarından aktiv nümayiş etdirir. Son olaraq Əməkdar artist Şövqi Hüseynovun ifasında “Dəlixanada qətl” tamaşasından Mebiusun monoloqu #evdəqal aksiyası çərçivəsində təqdim olunmaqla çoxsaylı tamaşaçı bəyənməsi qazanıb. Teatrın repertuarından M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” (quruluşçu rejissorXalq artisti Cənnət Səlimova) “Facebook” üzərindən maraqla izlənilib.

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı da “Evdə qal, tamaşa izlə” devizi altında sosial şəbəkə üzərindən aprelin 1-dən tamaşaçılarla virtual görüşə gəlir. Sənət ocağının repertuarından seçmələri izləmək istəyənlər müvafiqFacebook” səhifəsinə (https://www.facebook.com/irevanteatri/) daxil olmaqla tamaşalara baxa bilərlər.

 

Azərbaycan Dövlət Pantomima Teatrının tanınmış aktyorları da teatrın və özlərinin şəxsi sosial şəbəkə hesablarından “Evdə qal” çağırışlarına töhfələr verməyə çalışırlar. Teatrın sosial şəbəkə hesabına daxil olmaqla ən maraqlı pantomima tamaşalarından parçaları da izləyə bilərsiniz.

 

Ötən sayımızda region teatrlarının karantinsosial izolyasiya rejimində fəaliyyətindən söz açmışdıq. Hər zaman maraqlı tamaşaları və seçkin repertuarı ilə tanınan Şəki Dövlət Dram Teatrı da bu günlərdə tamaşaçılarını evdə darıxmağa qoymur, sosial şəbəkə üzərindən virtual tamaşalar təqdim edir. Aprel ayı üçün repertuarda yaradıcı heyət daha çox arxiv tamaşalarına üstünlük verib. J.B.Molyerin “Xəsis” və S.VurğununVaqif” dramları teatrın “Youtube” və Mədəniyyət NazirliyininFacebook” səhifəsində paylaşılıb.

 

HƏMİDƏ

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.2.