Yuğ” teatrı da “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub

 

 

Koronavirus pandemiyası ilə bağlı tətbiq edilən sosial izolyasiyakarantin tədbirlərinə uyğun olaraq Yuğ Dövlət Teatrı “evdə qal” çağırışına qoşularaq, “Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb.

 

Teatrın kollektivi sosial şəbəkələr vasitəsilə insanları  özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə və bu rejimdə vaxtı səmərəli keçirməyə, o cümlədən teatrla maraqlanmağa, tamaşalara baxmağa çağırır.

 

Aprel ayı üçün virtual repertuara əsasən, həftədə 2 dəfə sənət ocağının “Facebook” və “Youtube” hesablarında tamaşaların videoları paylaşılır. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlarvideoçarxlar izləyicilərə təqdim olunacaq.

 

Mədəniyyət.-2020.- 10 aprel.- S.3.