Faşizm üzərində qələbənin
75 illiyi münasibətilə
Vətənpərvərlik mahnısı
müsabiqəsi elan edilib
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Evdə qal – evdə yarat” təşəbbüsü çərçivəsində reallaşan tədbir və layihələrin sırasına daha biri əlavə olunub. Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olaraq II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib.
Müsabiqə aprelin 10-dan mayın 9-dək
davam edəcək. Təqdim
olunan mahnılar Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadənin rəhbərlik
etdiyi münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək.
Müsabiqədə yaşı 20-dən yuxarı
olan peşəkar bəstəkarlıq təhsili
almış musiqiçilər
iştirak edə bilərlər. İştirakçılar azcomposersunion@gmail.com elektron ünvanına mahnının
yüksək formatda yazılmış audio versiyasını,
öz şəkil və qısa yaradıcılıq xülasəsini
göndərərək qeydiyyatdan
keçməlidir. Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi
və daxili rəngarəngliyini əks
etdirməklə yanaşı,
həmçinin vətənpərvərlik
ruhunu dinləyicilər
üçün ən
aydın və cəlbedici şəkildə
çatdırmalıdır.
Təqdim olunan musiqi materialı
daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.
Qran-pri mükafatına layiq görüləcək mahnının
müəllifinə 2000 manat,
ilk 3 yerin sahiblərinə
isə müvafiq olaraq 1500, 1250 və 1000 manat məbləğində
pul mükafatı nəzərdə tutulub.
Müsabiqə ilə bağlı
ətraflı məlumatı Mədəniyyət
Nazirliyinin saytında
(mct.gov.az) “Elanlar” bölməsində
və Bəstəkarlar
İttifaqının azcomposersunion@gmail.com
elektron ünvanı vasitəsilə əldə
etmək olar.
Mədəniyyət.-2020.- 10 aprel.-
S.3.