“Dünyada ortaq türk mirası”
Aprelin 14-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirilib. “Dünyada ortaq türk mirası” adlı seminarda qədim türk-islam abidələri, eləcə də Monqolustanda yerləşən Göytürk abidələri haqqında danışılıb.
Orta əsr Ağsu şəhəri
Dövlət Tarix-Mədəniyyət Qoruğunun
direktoru Fariz Xəlillinin
moderatorluğu ilə keçirilən seminarda Gürcüstandan
“Salam” platformasının rəhbəri Elnur Əlisoy, Monqolustan Elm və Texnologiya İqtisad Universitetinin əməkdaşı
Adil Yılmaz məruzələrlə
çıxış ediblər. Mövzu
ətrafında fikir mübadiləsi
aparılıb, iştirakçıların sualları
cavablandırılıb.
Mədəniyyət.- 2020.- 15
aprel.- S.2.