Elektron formatda təlimlər
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) ölkəmizdəki xüsusi karantin rejimini, əhalinin sosial təcrid dövrünü nəzərə alaraq, mədəniyyət müəssisələri işçiləri üçün təlimləri onlayn, elektron formatda keçirməyə başlayıb.
Mərkəzin, habelə ölkəmizin digər ali təhsil və elmi müəssisələrinin kadr potensialından istifadə edərək, konkret istiqamətlər üzrə adaptasiya olunmuş mühazirələr mədəniyyət işçilərinin diqqətinə təqdim olunur. “Sosial izolyasiya çərçivəsində kitabxanaların fəaliyyət istiqamətləri”, “Evdə qal, sağlam qal, kitabla mənəvi inkişafa yol al”, “Müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə onlayn kitabxana-informasiya xidmətinin təşkili”, “Mədəniyyət sosial şəbəkələrdə”, “Rəqəmsal mədəniyyətin fəlsəfəsi” və digər bu kimi aktual mövzuları əhatə edən mühazirələr mədəniyyət əməkdaşlarında müasir peşə təfəkkür və səriştələrinin formalaşmasına xidmət edir.
Bu günlər evdə qalan vətəndaşların
vaxtlarının səmərəli təşkili məqsədilə
MEMİM tərəfindən eyni zamanda sosial çarxlar hazırlanaraq sosial
şəbəkələrdə yayımlanır. Maarifləndirici
sosial çarxlar təkcə
mədəniyyət işçiləri üçün
deyil, bütün
ölkə vətəndaşları üçün
nəzərdə tutulub.
Mədəniyyət.- 2020.- 15
aprel.- S.2.