Distant elmi-praktik konfrans

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçiləri Yeganə Rəhnulla və Sevinc Bayramova Çexiyanın paytaxtı Praqada distant formada keçirilən “Avrasiya xalqları: tarix, mədəniyyət və qarşılıqlı problemlər” (“Peoples of eurasia: history, culture and interaction problems”) mövzusunda X Beynəlxalq elmi-praktik konfransa qatılıblar.

 

Əlyazmalar İnstitutundan bildiriblər ki, onlayn təşkil olunan konfransda Sevinc Bayramovanın “Orta əsr Azərbaycan alimi Çarpərdinin müəllim və tələbələri”, Yeganə Rəhnullanın isə “Şərh əsməullah əl-husna” əsərinin əlyazma nüsxəsi” mövzusunda məruzələri bölmə iclaslarının səhifələrində nümayiş olunub.

 

Xüsusi iştirakçı diplomu ilə təltif edilən institut əməkdaşlarının məruzələrinin tam mətni konfrans materiallarının ümumi toplusuna daxil edilib.

 

Mədəniyyət.- 2020.- 15 aprel.- S.4.