“Sənətinlə dəstəklə”
çağırışı
Ölkəmizi onun hüdudlarından kənarda virtuoz ifası ilə layiqincə təmsil edən, tarın sarı simi ilə qəlbləri riqqətə gətirən Əməkdar artist Şəhriyar İmanov bu dəfə izləyiciləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə reallaşan “Sənətinlə dəstəklə” (#senetinledestekle) layihəsində evdən salamlayıb.
Şəhriyar İmanovun
canlı ifası baş idarənin @bakimedeniyyetidaresi və tarzənin özünün @shahriyarimanov
“İnstagram” hesablarından
yayımlanıb. O, tarın simlərinin insanların qəlbini
riqqətə gətirən, duyğularını ifadə edən
sehrindən, ifaçılıq təcrübəsindən söz açıb, izləyicilərin
suallarını cavablandırıb.
Mədəniyyət.- 2020.- 15
aprel.- S.4.