Qədim Bakı rus rəssamlığında

 

Bakı tarixən tacir və səyyahların, müxtəlif elm və sənət sahiblərinin diqqətini çəkib. Bu marağın mənbəyi də müxtəlif olubneft yataqları, Abşeron yarımadasında atəşpərəstlik məkanları, şəhərin coğrafi mövqeyiBöyük İpək Yolu üzərində yerləşməsi və s.

 

Azərbaycana gələn qonaqlar təkcə Bakı haqqında deyil, həm də Şamaxı, Gəncə, Şuşa şəhərləri haqqında əsərlər də yaradıb, maraqlı məlumatları qələmə alıblar. Bu əsərlər  dövrün adət-ənənələrini, mədəni irsi əks etdirən tarixi sənədlər kimi çox əhəmiyyətlidir. Zaman-zaman Bakıya gələn, onun tarixi koloritini əsərlərində əks etdirən rəssamlar da bu sırada xüsusi yer tutur.

 

Bakını rəsmlərində ilk təsvir edən əcnəbilərdən biri isveçli Engelbert Kempfer olub. O, 1683-cü ildə İsveç səfirliyinin katibi olaraq İrana gedərkən Bakının evlərinin, qala divarlarının və dənizin rəsmini çəkib.

 

1723-cü ildə I Pyotrun Bakıya hərbi yürüşündən sonra Qafqazın təbiətinə, şəhərlərinə və adətlərinə də maraq artmışdı. Rusiya Elmlər Akademiyasının nümayəndəsi, akademik Gmelin Bakıya 1770-ci ildə gəlir. Onun ekspedisiyasının tərkibində rəssam İvan Borisov da var idi. Rəssam Bakını nizamsız beşbucaq şəklində təsvir edir. Bu beşbucaq qala divarları ilə əhatələnib. KempferBorisovun rəsmlərinin hər biri özlüyündə maraqlıdır. Müəlliflərin hər biri şəhəri öz hisslərində gördükləri kimi təqdim edirlər.

 

XIX əsrdə Bakı və onun ətrafları digər müəlliflər – Qrimm, Vereşşagin, Boqolyubov, Qaqarin, Gippius tərəfindən də təsvir edilir, Bakı panoramı rus rəssamlarının sevimli mövzusuna çevrilir. A.P.Boqolyubovun 1861-ci ildə çəkdiyi “Qız qalası” və “Sahil” əsərləri lirikanı özündə cəmləşdirir, milli koloritliKarvansaray”, “Günorta saatlarında küçə” əsərləri də bu qəbildəndir.

 

Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında yer alan Pyotr Vereşşaginin 1872-ci ildə ərsəyə gətirdiyi “Bakının dənizdən mənzərəsi” əsəri məşhur rəsmlər sırasındadır. Onu da qeyd edək ki, yaradıcılığı boyu Vereşşagin tarixi şəhərlərin təsvirinə böyük maraq göstərib. Onu XVIII əsrdə Venesiyada yaranan və dəbdə olan veduta (italyancagörünüş) janrının ustadlarından biri adlandırırlar. Bu janr şəhəri mənzərə fonunda əks etdirir. Rəssamın fırçasından Kiyev, Peterburq, Sevastopol, Bakı kimi şəhərlərin görünüşü rəsmə çevrilib. Adıçəkilən əsər 1951-ci ildə Moskvanın incəsənət fondundan Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edilib. Əsərdə şəhərin tarixi əksini tapıb, Bakı tədricən sənaye şəhərinə çevrilibbu şəkildə qala divarlarının hüdudlarından kənarda yerləşən əlavə tikililəri görmək olar.

 

Əsər maraqlı olduğu qədər də etnoqrafikdir, çünki ön planda dəniz, həmin dövr insanlarının geyimi, fərdi əşyaları, yaşayış tərzi və əhalinin məşğuliyyəti qismən görünür. Şəkildəki kompozisiyanın və bədii xüsusiyyətlərin qurulması, eyni zamanda XIX əsrin ikinci yarısında Bakının mənzərəsini əks etdirən tarixi sənədin olması da maraq doğurur. Bu rəsmin variantları fərdi kolleksiyalarda, eləcə də Novosibirsk rəsm qalereyasında saxlanılır.

 

Tematik rəsm ustaları S.V.Gerasimov, B.N.Yakovlev, F.A.Modorov da qrafik və rəsm əsərlərini Bakıya həsr ediblər. Modorovun etnoqrafik xəttə aid 1929-cu ildə çəkdiyi “Köhnə Bakının mənzərəsi” əsəri Moskvada xüsusi kolleksiyada saxlanılır. Milli koloriti əks etdirən bu əsər hədsiz dərəcədə realistikdir. Modorov 1929-cu ildə “Qubernator bağı”ndan şəhərin mənzərəsini əks etdirən Bakı şəhərinin başqa bir mənzərəsini bizə yadigar qoyub.

 

Bakı mövzusuna müraciət edən bir çox rəssamları şəhərin tarixi hissəsi, Şərq poetikası ilə də cəlb edib. Buranın adətləri, həyat tərzi rəssamlarda bir növ romantik hisslər oyadıb. Qədim şəhərin dar küçələri köhnə binalara mistik bir görünüş verir deyə bu ənənə sonrakı illərdə də davam edib. Məşhur sənaye peyzajı ustası Aleksandr Kuprinin 1931-ci ildə Bakıda olarkən çəkdiyi əsərlər (“Köhnə şəhərdə axşam”, “Bibiheybətdə neft mədənləri” və s.) bu baxımdan maraq doğurur.

 

Rəsmlərdə detalların diqqətlə işlənməsini, milli mədəniyyəti bərpaçı-rəssam, etnoqrafarxeoloq İvan Şeblıkinin qrafik əsərlərində də görə bilirik. İ.Şeblıkin 1884-cü ildə Voronejdə anadan olmuş, 1886-cı ildə ailəsilə birlikdə Tiflisə köçmüşdü. 1909-cu ildən Qroznıda, Vladiqafqazda müəllimlik etmişdi. Şeblıkin 1921-ci ildə Şimali Qafqaz Diyarşünaslıq İnstitutunun muzeyində işə dəvət edilir. O, 1928-ci ildə tarix və mədəniyyət abidələrinin bərpası üzrə işlərin başlanması ilə əlaqədar olaraq Bakıya dəvət edilir. A.Bakıxanov adına Tarix İnstitutunun, Nizami adına Muzeyin və Azərbaycan Abidələrinin Mühafizəsi üzrə Mərkəzi İdarənin əməkdaşı kimi bir sıra arxeoloji qazıntı və bərpa işlərində fəal iştirak edir. O, rəssam istedadına malik olduğundan abidələri təkcə bir alim kimi öyrənmirdi, həm də onların bir çoxunun təsvirini yaradırdı. “Bakıdakı Şirvanşahlar sarayının qısa tarixi oçerki” (1939), “Nizami dövrü Azərbaycan memarlığı abidələri: materiallar” (1943), “Azərbaycan memarlığı: Nizami dövrü” (1947) kitablarının müəllifidir. Onun qrafik əsərləri Milli Azərbaycan Tarixi Muzeyində və Nizami adına Ədəbiyyat Muzeyində saxlanılır.

 

Lalə AZƏRİ

 

 

Mədəniyyət.- 2020.- 15 aprel.- S.7.