“Yaxşılığa yamanlıq” bir əsr sonra yenidən nəşr
olunub
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən İsgəndər bəy Məlikovun “Yaxşılığa yamanlıq” kitabı nəşr olunub.
Azərbaycanlı neft sahibkarı, XIX əsrin ikinci yarısında milli teatr və maarif sahəsində müstəsna xidmətləri olan İsgəndər bəy Məlikovun (milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə eyni nəsildəndir) 1898-ci ildə qələmə aldığı “Yaxşılığa yamanlıq” pyesi ötən əsrin əvvəllərində ərəb qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunsa da, müasir əlifbada oxuculara ilk dəfə təqdim olunur. Dörd pərdədən ibarət pyes həmin dövrdə cəmiyyətdə hökm sürən dini fanatizm və cəhalətin səbəb olduğu acı nəticələrdən və bunlara qarşı müsbət qəhrəmanların apardıqları mübarizədən bəhs edir.
Kitabı Əlyazmalar İnstitutunun
Farsdilli əlyazmaların tədqiqi
şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova nəşrə
hazırlayıb. Nəşrin baş elmi məsləhətçisi elmi
müəssisənin direktoru, akademik Teymur Kərimli, redaktoru Hacı Mustafa Mailoğludur. Əsərin dil
və üslub xüsusiyyətləri orijinal variantda olduğu kimi
saxlanılıb.
Mədəniyyət.- 2020.- 15
aprel.- S.6.