Qrafik dizayn
müsabiqəsi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Parlaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası (COVİD-19) ilə mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunub.
Müsabiqədə 18-35 yaşlarında dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan işlərin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir. Hər bir dizayner müsabiqəyə bir qrafik işi təqdim etməlidir.
Müsabiqə mayın 30-dək davam edəcək. Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və pul mükafatları təqdim olunacaq.
Ətraflı məlumat Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin www.az.baku-art.com saytında.
Mədəniyyət.- 2020.- 17
aprel.- S.4.