Könüllülər qrupu ilə
virtual təlim
Ölkə başçısının 2020-ci
ili “Könüllülər
ili” elan etməsi ilə əlaqədar Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Kitabxanalar
virtual məkanda” layihəsi
əsasında könüllülər
qrupu ilə ilk virtual təlimə başlayıb.
Gənclər “Zoom” və “Microsoft Teams” proqramlarından istifadə
qaydaları, proqramların
yüklənməsi və
qeydiyyata alınması,
onlayn tədbirlərin
keçirilməsi üsulları,
eləcə də kitabxananın elektron resursları haqqında məlumatlandırılıb.
Eyni zamanda gənclərə kitabxananın “Kitabxanalar
virtual məkanda” layihəsi
əsasında hazırlayıb
çap etdirdiyi “Kitabxana-informasiya sistemləri”,
“Kitabxanalarda internet forumların
keçirilməsinin metodikası”,
“Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya
xidmətinin təşkili”
kimi tədris və metodiki vəsaitlər barədə
də məlumat verilib.
Mədəniyyət.- 2020.- 17
aprel.- S.3.