Elmi yaradıcılığında şairlik təbi duyulurdu...

 

 

Ötən əsrin 30-cu illərinin repressiya dalğası daha çox milli tarixi-mədəni yaddaşın bərpasına çalışan ziyalıları, ədibləri aradan götürürdü. Görkəmli ədəbiyyatşünas, tərcüməçi, şair, jurnalist, professor Mikayıl Rəfili bu kabusdan çox çətinliklə xilas olmağı bacaranlardan idi. Bu il alimin anadan olmasının 115 illiyi tamam olur.

 

Mikayıl Həsən oğlu Rəfili 25 aprel 1905-ci ildə Goranboy rayonunun Borsunlu kəndində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Gəncə (Yelizavetpol) gimnaziyasında alıb. Həmin vaxtlardan onda bədii yaradıcılığa maraq yaranıb. “Mücadileyi-həyat” hekayəsini, “Elmə doğruşeirini və “Qərb mədəniyyəti” məqaləsini “Əfkari-mütəəllimin” jurnalında dərc etdirib. Təhsilini başa vurduqdan sonra Borsunlu kəndində müəllim, məktəb direktoru işləyib. 1921-ci ildə yenidən Gəncəyə qayıdır, dövri mətbuata, “ROSTA”-ya (Rusiya Teleqraf Agentliyi) xəbər-yazılar göndərərək əməkdaşlıq edir.

 

Sonra Bakıya gəlib Politexnik İnstitutuna daxil olur. Eyni zamanda Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərq dilləri fakültəsinin məşğələlərində əvvəlcə dinləyici kimi iştirak edir. Bu arada həm Maarif mədəniyyətjurnalı redaksiyasında çalışır. 1927-ci ildən Moskva Dövlət Universitetində təhsilini davam etdirir. 1929-cu ildə Moskvada keçirilən I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunur.

 

***

 

Pəncərəadlı ilk şeirlər kitabı 1929-cu ildəAzərnəşr”də işıq üzü görür. 1930-cu ildəLirik şeirlər”, 1936-cı ildə isə rus şairi A.Tarkovskinin tərcüməsində şeir poemalarından ibarətPesni o qorodax” (“Şəhərlər haqqına nəğmələr”) kitabı Moskvada nəşr olunur. O daha sonraPuşkinin həyat yaradıcılığı”, “Puşkin Azərbaycan”, “M.F.Axundovəsərlərini yazır.

 

M.Rəfili 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi kimi fəaliyyətə başlayır. 1935-1936-cı illərdə SSRİ EA-nın aspiranturasında təhsil alır.  Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqındamövzusunda dissertasiya müdafiə edir. Alimin 1941-ci ildə rus dilində nəşr olunmuşQədim Azərbaycan ədəbiyyatıkitabı ədəbiyyat tariximizin XVI əsrə qədər bir dövrünü əhatə edir. O, bu mövzuda Tiflisdə doktorluq dissertasiyası müdafiə edir. Ancaq Moskvada bu işin təsdiqi yubadılır. Ona görə M.Rəfili Moskvaya gedərək tanınmış alimlərin qarşısında rus dilində məruzə edir. Yalnız bundan sonra (1944) o, filologiya elmləri doktoru elmi dərəcəsinin diplomunu alır.

 

Daima təmkini, düşüncəsi, ədəbi axtarışları ilə seçilən, böyük yaradıcılıq uğurlarına imza atan M.Rəfili həyatında məşəqqətlərlə üzləşib, təzyiqlərə məruz qalsa da,  nikbinliyini itirmir, “Qızaran üfüqlərin mən ilk şairiyəm”, “Bu gün sevməsələr , yarın sevərlər məni...”, - deyirdi. Xalq yazıçısı Anar M.Rəfili haqqındaXoşbəxt adamadlı məqaləsində yazır: “Rəfili üslub ustası parlaq təhkiyə sahibi idi. Onun elmi yazılarında da poetik qələm, şairlik təbi duyulur...”.

 

***

 

1937-ci il aprelin 19-da Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin iclası çağırılır. GündəliyəAzərbaycan Yazıçılar İttifaqının üzvü Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədəməsələ salınır. Bolşevik cildində görünən daşnak Levon Arustamov adlı birisi məlumat verir ki, M.Rəfili Leninqraddan (indiki Sankt-Peterburq) qayıtdıqdan sonra... xuliqanlıqla məşğuldur. Guya o, Tatyana Medvedeva adlı birisinin mənzilini əlindən almaq üçün ona hücum çəkib.

 

Sonra məlum olur ki, həmin birotaqlı mənzil M.Rəfiliyə qanunla verilib. Medvedevlər ailəsinə isə başqa yerdə çoxotaqlı mənzil ayrılıb. Rəfili bu sübutları ortaya qoyaraq şahidləri susdurmağa müvəffəq olur. Arustamov isə şər əməllərindən əl çəkmir. Nəticədə M.Rəfili Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən, Nizami adına Ədəbiyyat İnstitutundan dərs dediyi Pedaqoji İnstitutdan xaric edilir. Həmin iclasdan sonraKirpijurnalında haqqında karikatura da dərc edilir. Bütün bunlar azmış kimi, “Ədəbiyyat qəzeti”ndə onun barəsində saxta ittihamlarla dolu yazılar verilir. Onumülkədar oğlu”, “ictimai mənsubiyyətcə yabançı”, “əksinqilabi bir təşkilatın üzvükimi qələmə verirlər. O, ölkədə baş alıb gedən repressiyaların qızğın çağında həmin böhtanlardan xilas olsa da, qardaşı Rəfi həbs olunur...

 

1937-ci ilin payızında o, məcbur qalıb respublikanın rəhbəri Mircəfər Bağırova məktub göndərir, üzləşdiyi haqsızlıqdan, yaradıcılığından görə biləcəyi işlərdən söz açır: “Qabiliyyətim daxilində ölkəmin xeyrinə yorulmadan fədakarlıqla işləmək, yazmaq yaratmaq istəyirəm. Fəqət məni bu daimi, faydalı işdən neçə aydır ki, məhrum etmişlər. Xahişim budur ki, mənim biliyimdən qabiliyyətimdən istifadə edəsiniz. Mən susa bilmirəm, əminəm ki, elm üçün faydalı ola bilərəm”.

 

Məktubla tanış olan M.Bağırov onu baxılmaq üçün Azərbaycan Yazıçılar İttifaqına göndərir. Oradan alınan cavab isə yenə də mənfi olur. Köhnə bayatılar çağırılır, əlavə olaraq da bildirilir: “O, məşhur mülkədar, 1921-ci ildə müsavatçıların Gəncə üsyanının başçılarından biri olan Hacı Həsən Rəfiyevin oğludur”. 1937-ci ilin dekabrında o, Mərkəzi Komitənin rəhbərinə ikinci məktub yazır. Bağırov M.Rəfilini müdafiə ediro, 1938-ci ilin yayında işinə bərpa olunur.

 

***

 

M.Rəfili qələmini tərcümə sahəsində də sınayıb. V.Hüqonun “Gülən adam”, “Paris Notrdam kilsəsi”, “Səfillər”, O.Balzakın “Qorio ata”, “Qobsek”, “Novellalar”, L.Tolstoyun “Dirilmə”, A.PuşkininBağçasaray fontanı”, “Tunc atlı” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

N.Gəncəvi, M.P.Vaqif, M.Ş.Vazeh, M.F.Axundzadə, N.Vəzirov, A.Bakıxanov və başqaları haqqında maraqlı araşdırmalar aparan görkəmli alim 1938-ci ildən Pedaqoji İnstitutdaADU-da professor kimi mühazirələr oxuyub. O, həmçinin böyük ədib və mütəfəkkir Mirzə Fətəli Axundzadə haqqında “Səbuhi” bədii filminin (1941) ssenarisini, “Şirvanşah İbrahimpyesini yazıb. 25 aprel 1958-ci ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 22 aprel.- S.5.