Qum üzərində yaratdığı
əsəri pandemiyaya həsr edib
Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən həyata keçirilən “Evdə qal – qalib gəl!” layihəsinə qoşulan rəssam Lalə Hüseynzadə qum üzərində yaratdığı əsəri koronavirus (COVİD-19) pandemiyasına həsr edib.
Rəssam əsərdə koronavirus pandemiyasının insan vücuduna təsirini, yayılma prosesini göstərməklə yanaşı, tibb işçilərinin fədakarlığını, bu infeksiya ilə mübarizəsini də əks etdirib.
Lalə Hüseynzadə 1992-ci ildə Gədəbəy rayonunda anadan olub. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olunub. “Azad Azərbaycan” telekanalında “Tanıdım səni” adlı layihədə (2012) birinci yerə layiq görülüb. O, həmçinin Türkiyənin TV 8 kanalında yayımlanan “Yetenek sizsiniz” verilişinin iştirakçısı olub.
Mədəniyyət.- 2020.- 22
aprel.- S.7.