Milli Kitabxananın abidələrlə bağlı elektron təqdimatları

 

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın tarixi abidələri” adlı virtual sərgi onlayn rejimdə oxuculara təqdim edilib.

 

Virtual sərgidə (http://anl.az/el/vsb/ Azerbaycanin_tarixi_abideleri/index.html) təqdim olunana hər bir tarixi abidə haqqında ətraflı məlumat verilir. Həmçinin Milli Kitabxananın saytının  Elektron kataloqelektron kitabxana” bölməsində yerləşdirilmiş mövzuya dair resursların linkləri qeyd olunub.

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Milli KitabxanaQobustan” adlı növbəti elektron məlumat bazasını da virtual rejimdə istifadəçilərə təqdim edib.

 

Elektron məlumat bazası (http://anl.az/el/emb/QOBUSTAN/index.html) istifadəçilər üçün böyük əhəmiyyət kəsb edəcək. Məlumat bazasında “QobustanMilli Tarixi-Bədii Qoruğu haqqında sənədlər, tarix və memarlıq abidələri, Qobustan haqqında yazılan kitab və məqalələr, “Qobustan” sənət toplusu və digər materiallar təqdim olunur. Elektron məlumat bazasındakı resurslar tam mətni ilə verilib.

 

 

Mədəniyyət.- 2020.- 22 aprel.- S.3.