İnsanlıq imtahana çəkilirsə...

 

 

Altıncı hissi oyaq olanlar var. Koronavirusun adını da eşitmədiyim vaxtlarda altıncı hissim mənə nələrisə diktə edirdi. Sanki dünyanın sonuydu, əlim işdən soyumuşdu, öz hücrəmə çəkilib gerçəkliklə romantika arasında var-gəl edirdim.

 

Sonra olanlar oldu, COVİD-19 pandemiyası ilə sanki bəşəriyyət yuxudan ayıldı. İnsanlıq çoxdan unutduğu sadə həqiqəti xatırladı: irqindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlar eynidir və hamımızın sığındığı bu Yer planeti hər kəsindir. İnsanlıq imtahana çəkilirsə, heç kim bu sınaqdan kənarda qalmayacaq.

 

Bu sözlər yazıçı Təranə Vahidə məxsusdur.

 

O deyir: Koronavirus pandemiyası ona yoluxmamaq üçün üzlərə maska taxmağı zəruri etsə də, dünyanın üzündəki maskanı götürdü. Qayğı, ağrı və problemlərdən yorulan insanlara bir anlıq möhlət verdi: ağır yüklərdən azad olmaq, özünü tapmaqyeni yola başlamaq üçün...”.

 

Karantin günlərində xeyli kitab oxuduğunu deyən yazıçı yeni hekayələr qələmə aldığını, “Qarışqa təqvimi” adlı hekayələr kitabını çapa hazırladığını bildirib.

 

Amma bu günlər mən həyat üçün, yerim, dostlarım, hər gün yolda, küçədə rastıma çıxan insanlar üçün, gözəl şəhərimiz üçün, ona layla çalan mavi Xəzər üçün darıxdım... İnanıram ki, bu dövr tezliklə bitəcək, dünyanın nəbzi daha sakit, daha rahat döyünəcək”, - deyə yazıçı əlavə edib.

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.7.