“Mədəniyyət bizə lazımdır, bizona kömək etməliyik”

 

 

Mədəniyyət bizə lazımdır, bunun üçünbiz ona bu şoku dəf etməkdə kömək etməliyik. Biz böhranın təsirini qiymətləndirməli, birgə hərəkət və əlaqəli təşəbbüsləri başlatmalıyıq.

 

Bu sözləri aprelin 22-də UNESCO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin onlayn  müşavirəsində təşkilatın baş direktoru Odre Azule deyib. Müşavirə UNESCO tərəfindən  COVİD-19 pandemiyası ilə bağlı bütün dünyada misli görünməmiş sarsıntılara məruz qalmış mədəniyyət sektorunun möhkəmləndirilməsi üçün tədbirləri müzakirə etmək məqsədilə təşkil edilib.

 

Baş direktor vurğulayıb ki, UNESCO bu prosesdə mandatına uyğun olaraq öz rolunu tam şəkildə oynamaq niyyətindədir.

 

UNESCO-nun rəsmi saytında yer alan məlumata görə, onlayn müşavirəyə  130-dan çox ölkədən nazirlər və nazir müavinləri qatılıb.

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevonlayn müşavirədə çıxış edib.

 

Çıxışlarda qeyd olunub ki, pandemiya ilə bağlı ölkələrdə tətbiq olunan məhdudiyyətlər qısamüddətli perspektivdə mədəniyyətlə birbaşa təması ciddi şəkildə azaldıb və əgər müvafiq tədbirlər görülməsə, gələcək nəsillər üçün mədəni ekosistemi tamamilə zəiflədə bilər. Diqqətə çatdırılıb ki, mövcud şəraitdə və böhrandan sonra bu sektora investisiyaların yönəldilməsi vacibdir. Bu istiqamətdə hökumətlərarası dialoqun, beynəlxalq həmrəyliyin və  səyləri birləşdirməyin zəruriliyi vurğulanıb.

 

Xatırladaq ki, UNESCO pandemiya şəraitində mədəniyyətin və  yaradıcı insanların dəstəklənməsi məqsədilə aprelin 15-də – Dünya İncəsənət Günündə “ResiliArt” (dözümlü incəsənət) hərəkatına başlayıb. UNESCO-nun bununla bağlı məlumatında vurğulanır ki, mədəniyyət indi bizə hər zaman olduğundan daha çox lazımlıdır. Mədəniyyət bizi dözümlü edir, bizə ümid verir. Eyni zamanda bizə yalnız olmadığımızı xatırladır. Bizim sənətkarları dəstəkləməyimiz və hər kəsin mədəniyyətə çıxışını təmin etməyimiz üçün razılaşdırılmış və qlobal addımlara ehtiyacımız var. UNESCO-nun irsinə daxil edilmiş məkanların 80 faizdən çox hissəsi pandemiya səbəbindən bağlanaraq yerli icmaların və mədəniyyət sahəsində fəaliyyət göstərən yerli mütəxəssislərin həyatına təsir göstərib. Muzey, teatrkinoteatrlar daxil olmaqla bir çox mədəniyyət müəssisələri və qurumları hər gün milyonlarla məbləğ vəsait itirirlər və bəziləri öz əməkdaşlarını işdən azad etmək məcburiyyətində qalıblar. Bu gün biz mədəniyyət sahəsində fövqəladə bir vəziyyət yaşayırıq.

 

ResiliArt” hərəkatının da məqsədi pandemiya bitdikdən sonra müzakirələrin, məlumat mübadiləsinin və ictimai dəstək səylərinin davamlılığını təmin etməkdir. Qeyd edək ki, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) ölkəmizin incəsənət nümayəndələrini, yaradıcı şəxsləri UNESCO-nunResiliArt” hərəkatına qoşulmağaaktiv iştiraka dəvət edib.

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.1;3.