Azərbaycan multikulturalizmi və dini tolerantlığı
ABŞ-ın Nyu-York şəhərində nəşr
edilən “Bukharian
Times” qəzetində “Azərbaycanın
Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi”
İctimai Birliyinin sədri Fuad Hüseynzadənin “Azərbaycan
multikulturalizmi və dini tolerantlığı”
adlı məqaləsi
dərc olunub.
Məqalədə bildirilir ki, Azərbaycan Respublikası
ən tolerant ölkələrdən
biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır. Ölkədə məscid, kilsə
və sinaqoqların yanaşı yerləşməsi
müxtəlif dinlərə
və inanclara heç bir ayrı-seçkiliyin olmadığını
göstərir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində
nadir təcrübəsi xarici
siyasətçilər, diplomatlar
və beynəlxalq qurumların rəsmiləri
tərəfindən də
yüksək qiymətləndirilib.
Qeyd edilir
ki, Azərbaycanda dinlərarası
tolerantlığın çox güclü təməl dayaqları, zəngin
ənənələri, dərin tarixi və
mədəni kökləri var. Tarixən bir çox millətlərin
nümayəndələri Azərbaycan ərazisində
yaşayıblar. Xalqların bir-birilərini daha
da yaxından tanıması və əlaqələrin
möhkəmlənməsində mədəniyyət sahəsində
layihələrin keçirilməsi önəmlidir.
Mədəniyyət.- 2020.- 24
aprel.- S.2.