Dünya Yaradıcılıq və İnnovasiya Günü ilə bağlı virtual panel müzakirəsi

 

 

İnnovasiya və rəqəmsal yaradıcılıq dövründə cəmiyyətin təfəkkürünün bu prosesə hazır olması üçün ciddi işlər görülməlidir

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 21 apreli Dünya Yaradıcılıq və İnnovasiya Günü (World Creativity and İnnovation Day) elan edib.

 

Bu günün təsis edilməsinin məqsədi yaradıcılıq və innovasiyaların insan fəaliyyətinin müxtəlif sahələrində rolunu və imkanlarını nəzərə çatdırmaq, habelə hakimiyyət, elmtexnika, təhsil sistemi təmsilçilərinin diqqətini yaradıcı təfəkkürün inkişafı və innovasiyaların həyatda tətbiqi məsələlərinə cəlb etməkdir.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təsis olunmuşKreativ Azərbaycan” Virtual Platformasının aprelin 21-də keçirilən növbəti panel müzakirəsi bu mövzuya həsr olunub.

 

Virtual paneldə COVİD-19 pandemiyası dövründə yaradıcı sənayelərin vəziyyəti, ölkəmizdə kreativlikinnovasiya sahələrinin inkişaf tendensiyaları, imkanları və problemləri, dövlət və özəl sahələr arasında fikir bölgüsünün təşkili, yeni əməkdaşlıq imkanları ilə bağlı müzakirə aparılıb.

 

Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən panel müzakirəsində nazirin müavini Sevda Məmmədəliyeva, Prezident Administrasiyası İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin baş məsləhətçisi Nazim Ziyadov, həmin şöbənin böyük məsləhətçisi Urxan Seyidov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov, BMT-nin İnkişaf Proqramının, bir sıra özəl şirkətlərin nümayəndələri iştirak edib.

 

Panel müzakirəsinin moderatoru Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə olub.

 

Mövzu ətrafında səsləndirilən bir sıra fikirləri diqqətə çatdırırıq:

 

 

 

- Yaradıcılıq bir yaşayış normasına çevrilibbu normalar da artıq biznes fəaliyyəti ilə sıx əlaqəlidir.

 

- Beyin məhsulları, xüsusilə təhsil və mədəniyyət xidmətləri rəqəmsal platformalar vasitəsilə qloballaşıb.

 

- İnnovasiya və yaradıcı fəaliyyətin inkişafı digər sahələrdən daha sürətli gedir.

 

- Yaradıcılığı və bu sənayeni dəstəkləmək üçün Mədəniyyət Nazirliyi tərəfindən 20-dən çox aksiya keçirilir və “creative.az” portalı yaradıcı sənayeləri dəstəkləmək üçün uğurlu bir layihədir.

 

- BMT-nin İnkişaf Proqramının Azərbaycandakı təmsilçiliyi ölkənin innovativ inkişafına dəstək olmaq üçün dövlət qurumları ilə bir sıra layihələr həyata keçirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılan evdəqal.az portalı pandemiya dövründə çağırışlara cavab vermək üçün yaxşı nümunədir.

 

- Kino industriyası pandemiyadan ən çox ziyan görən sahələrdən biridirbu sahəyə dövlət dəstəyinin artırılmasına böyük ehtiyac var. Eyni zamanda postpandemiya dövründə insanları kinoteatrlarabu kimi məkanlara cəlb etmək üçün ciddi psixoloji dəstək və marketinqə ehtiyac yaranacaqdır.

 

- Yeni beyin peşələrinin, xüsusilə dizayn sahəsində regionlarda da tədris və təlim layihələrinin həyata keçirilməsi vacibdir. Bununla regionlarla paytaxt arasında yeni yaradıcı industriya peşə bacarıqlarının daşıyıcıları arasında fərqi azalda bilərik.

 

- İnnovasiyaların kommersiyalaşdırılması sahəsində mövcud olan problemləri həll etmək üçün dövlət qurumlarının öz aralarında və dövlət qurumları ilə özəl biznes təşkilatları arasında ünsiyyət və müzakirələrin daha çox keçirilməsi zəruridir.

 

- Hazırkı innovasiya və rəqəmsal yaradıcılıq dövründə cəmiyyətin təfəkkürünün bu prosesə hazır olması üçün ciddi işlər görülməlidir.

 

- Rəqəmsal vasitələrin təqdim etdiyi imkanlar nəticəsində yaradıcı və təhsil xidmətləri sahəsində qlobal rəqabət yaranıb. Ölkəni tərk etmədən xarici mütəxəssislərdən bu cür xidmətləri əldə etmək üçün məsafə və məkan məhdudiyyəti aradan qalxıb.

 

- Ölkədə yaradıcı sənayelərin inkişafı məqsədilə yol xəritəsi və bu sənayenin müxtəlif sahələrinin biznes fəaliyyətini əlaqələndirəcək şuraların yaradılması planlaşdırılır.

 

 

 

Panel müzakirəsinin videoyazısını “Kreativ Azərbaycan” portalının “Youtube” kanalı və “Facebook” səhifəsində izləmək olar.

 

Kreativ Azərbaycan” Virtual Platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kreativ Azərbaycan” portalı (www.creative.az) tərəfindən təsis olunub. Platformanın əsas məqsədi dövlət və özəl sahələrdə çalışan istedadlı və yüksək bacarıqlı şəxslərin bir araya gəlməsi və aktual məsələlərin onlayn formada müzakirəsini təşkil etməkdir.

 

Sosial şəbəkə səhifələri:

 

facebook.com/creative.az

 

instagram.com/kreativaze

 

Mədəniyyət.- 2020.- 24 aprel.- S.4.