Koronavirusun müasir
incəsənətə təsiri
Türkiyə və Azərbaycan mütəxəssislərinin
iştirakı ilə müzakirə edilib
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Koronavirusun mədəniyyət və incəsənətə təsiri, postpandemiya dövründə çağdaş incəsənət perspektivləri” mövzusunda videokonfrans keçirilib.
Türkiyə və Azərbaycanın tanınmış incəsənət mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda hazırkı pandemiya dövründə və gələcəkdə incəsənətin durumu, perspektivləri müzakirə edilib.
Videokonfransda Azərbaycan Dövlət Rəsm Qalereyasının
direktoru Qalib
Qasımov, İstanbul Yedditəpə Universitetinin professoru Teymur Rzayev, “Yeni Gallery” Bakı İncəsənət
Mərkəzinin rəhbəri, kolleksiyaçı Rafael Gülməmmədli, Konya
Selçuk Universitetinin
professoru Orxan Cebrailoğlu, İstanbul Beykent Universitetinin müəllimi
Sema Özevin, Azərbaycan
Dövlət Mədəniyyət və
İncəsənət Universitetində çalışan rəssam
Vüqar Əli, Elazığ Fırat Universitetinin müəllimi Tahir
Çelikbağ, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universiteti kuratoru, pedaqoq Mehparə Abbasova,
kolleksiyaçı Siyavuş Əlizadə,
Ankaradan azərbaycanlı rəssam Həmid
Alioğlu və Azərbaycan Dövlət
Rəsm Qalereyasının böyük elmi işçisi Vaqif Muğallı iştirak
edib.
Mədəniyyət.- 2020.- 24
aprel.- S.8.