Milli Kitabxananın növbəti virtual sərgisi
Azərbaycan xalqı qarşısında
böyük xidmətləri
olan general-leytenant Əliağa Şıxlinskinin
(1865-1943) 155 illiyi ilə
əlaqədar Milli Kitabxananın əməkdaşları
tərəfindən virtual sərgi
hazırlanıb.
Əliağa Şıxlinski döyüş
meydanlarındakı şücaətləri
və artilleriya nəzəriyyəsinə gətirdiyi
yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. Əlli ildən
çox nizami orduda xidmət edən Ə.Şıxlinski
həmçinin üç
müharibənin iştirakçısı
olub: 1900-1901-ci illərdə
Çin hərbi yürüşü, 1904-1905-ci illərdə Port-Artur savaşı və I Dünya müharibəsi
(1914-1918).
O, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) milli qoşun hissələrinin təşkilində, ordu quruculuğunda müstəsna fəaliyyət göstərib. Sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq bu sahədə bilik və bacarığını əsirgəməyib. Böyük Vətən müharibəsi başlananda da general fəaliyyətini dayandırmamışdı, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırmışdı. Bu, Azərbaycan hərb tarixində ilk hərbi memuardır.
Ə.Şıxlinskinin 155 illiyi
ilə əlaqədar təqdim olunan virtual sərgidə (http://anl.az/el/vsb/Eliaga_Shixlinski/index.html)
generalın həyat və fəaliyyətini əks etdirən fotolar, kitab, məqalə
və digər sənədlərin elektron
versiyaları təqdim olunur. Virtual sərgidəki elektron
resurslar tam mətni ilə
verilib.
Mədəniyyət.- 2020.- 24
aprel.- S.4.