“Bakıdan bölgələrə mədəni marşrut

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kitabxanasının başlatdığı “Bakıdan bölgələrə mədəni marşrut” layihəsi davam edir.

 

İdarədən bildirilib ki, layihənin məqsədi Bakıdakı mədəniyyət müəssisələri ilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əlaqə quraraq mədəni  irsimizin öyrənilməsi və mübadiləsidir.

 

Marşrutun növbəti ünvanı Şəki şəhəri olub. Şəki şəhərinin Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Xan sarayı, Şəkixanovların evi ilə sosial media üzərindən videobağlantı həyata keçirilib. Söhbət zamanı virtual sərgi həyata keçirilib, təcrübəsi bölüşülüb. M.Ə.Sabir adına kitabxananın kollektivi Şəkinin Azərbaycan elminə, ədəbiyyatına və mədəniyyətinə bəxş etdiyi şəxsiyyətlər barədə də videoçarx hazırlayıb.

 

Kitabxana paytaxtdakı və bölgələrdəki müəssisələri “Bakıdan bölgələrə mədəni marşrut” layihəsinə qoşulmağabununla da mədəni irsimizi daha geniş yaymağa dəvət edir.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.4.