XVI əsr ədəbi mühiti haqqında monoqrafiya

 

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” monoqrafiyası çapa təqdim olunub.

 

Əlyazmalar İnstitutundan bildirilib ki, XVI əsr Bağdad ədəbi mühitində böyük Füzulidən sonra ictimai lirikada haqsızlığa, ədalətsizliyə etiraz notları Ruhi Bağdadi (1544-1606) yaradıcılığında daha qabarıqdır. O da Füzuli kimi XVI əsrdə Osmanlı imperiyasında baş verən hadisələrin həqiqi qiymətini verməyə çalışıb. Monoqrafiya Ruhi Bağdadinin cəmiyyətə baxışını ortaya qoymaqla yanaşı, şairin dövründə insanların yaşam tərzi haqqında da hərtərəfli təsəvvür yaradır.

 

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktorları Raqub Kərimov və Yaqub Babayevdir. Kitabın rəyçisi və ön söz müəllifi filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.7.