Soydaşlarımızın onlayn konsertləri

 

Xəbər verdiyimiz kimi Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü ilə bu günlər xaricdə yaşayan azərbaycanlı sənətçilər internet üzərindən – sosial şəbəkələr vasitəsilə konsert proqramları təqdim edirlər. Bu konsert proqramlarına ölkəmizdə də soydaşlarımız maraq göstərir.

 

Azərbaycanın Əməkdar artisti, məşhur pianoçu İslam Manafovun Türkiyənin İstanbul şəhərindən canlı yayım konsertimaraqla qarşılanıb.

 

İslam Manafov və qızı – Əməkdar artist, bəstəkar və pianoçu Turan Manafzadənin   Türkiyədən daha bir onlayn konserti isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Sənətinlə dəstəklə” çağırışına qoşularaq təqdim ediblər.

 

Gənc fleyta ustası Ağarəhim Quliyev aprelin 24-də Fransanın paytaxtı Parisdən “Sənətinlə dəstəklə” çağırışına qoşulub. Bakıda dünyaya gələn Ağarəhim L. və M.Rostropoviçlər adına Musiqi məktəbində təhsil alıb. Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Hazırda ParisinEcole Normale De MusiqueKonservatoriyasında təhsil alır.

 

Daha bir onlayn konsertNiderland Krallığında yaşayan Firəngiz Bağırovanın iştirakı ilə proqram aprelin 29-da təqdim olunacaq.

 

 

Mədəniyyət.- 2020.- 29 aprel.- S.8.