Evdə qal, ritmdən
qalma!
Karantin rejimi Qavaldaş festival-müsabiqəsinə əngəl
deyil
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkil etdiyi Qavaldaş zərb alətləri üzrə uşaq və gənclərin festival-müsabiqəsi bu il onlayn platformada keçirilir. İlk dəfə 2018-ci ildə reallaşmış layihənin məqsədi xalq zərb alətlərinin, o cümlədən nağaranın musiqi ənənələrinin canlandırılmasıdır.
Mərkəzin direktoru, festival-müsabiqənin layihə müəllifi Firuzə Sultanzadə bildirib ki, təşkilatçılar bu il beynəlxalq onlayn festival-müsabiqə keçirməklə onun əhatə dairəsini genişləndirmək qərarına gəliblər. Təşəbbüs müxtəlif ölkələr tərəfindən dəstəklənib. Həmçinin qərara alınıb ki, gələcək Qavaldaş müsabiqəsində milli zərb alətimiz nağarada hər bir beynəlxalq iştirakçının ifası təqdim edilsin, beləliklə, bu alət daha geniş miqyasda təbliğ olunsun.
Özünütəcrid günlərində hamımız evdə oturanda, Qavaldaş festivalı dünya xalqlarının parlaq səsləri və ritmləri ilə həyatımıza daxil oldu. Festivalın şüarı Evdə qal, ritmdən qalma! zamana və müsabiqənin konsepsiyasına tam uyğundur!, - deyə Özbəkistandan Barkamol Avlod uşaq məktəbinin direktoru Tamarkhon Mirsaqatova qeyd edib.
Aramızda məsafə
olsa da, birlikdəyik. Gənc nəslin ünsiyyət
qurması, dostluq etməsi, fərqli mədəniyyətləri mənimsəməsi
çox vacibdir.
Düşünürəm ki, tezliklə
bütün problemlər
aradan qaldırılacaq.
Hamıya sağlamlıq, firavanlıq
və məqsədə
çatmağı arzulayıram,
bunu isə Minsk şəhər Musiqi məktəbinin müəllimi
Aleksey Zemlyakov bildirib.
Aprelin
7-dən 30-dək davam edən
festival-müsabiqəyə Azərbaycan, İsveçrə,
Malayziya, Türkiyə,
Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan
və Tacikistandan 150 ifaçı qatılıb.
Müsabiqə musiqi məktəbləri
və məktəbdənkənar
təhsil müəssisələrinin
tələbələri arasında
dörd yaş qrupu üzrə (7-11,
12-16, 17-21 və qarışıq
yaş kateqoriyası)
keçirilir. Festival iştirakçıları hər
hansı milli və müasir zərb alətində fərdi və ya kollektiv olaraq
ifasının videosunu
müsabiqənin elektron
poçt ünvanına
göndərirlər.
İştirakçıları
Azərbaycan, İsveçrə, Türkiyə, Özbəkistan,
Ukrayna, Tacikistan, Belarus zərb alətləri ifaçıları,
incəsənət xadimləri və müəllimlərdən
ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.
Əməkdar artistlər Kamran Kərimov,
İsgəndər Ələsgərov, Bakı Xoreoqrafiya
Akademiyasının müəllimi Ələkbər Məmmədov,
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Musiqi Kollecinin müəllimi
Azər Məlikov da münsiflər heyətindədir.
Hər yaş kateqoriyası üzrə
qaliblər kubok və diplomlarla
təltif ediləcək, həmçinin bütün
iştirakçılara sertifikatlar təqdim
olunacaq.
Mədəniyyət.- 2020.- 29
aprel.- S.7.