“Bakı
Prosesi” beynəlxalq işçi qrupunun virtual
paneli keçirilib
Pandemiyanın doğurduğu böhranın insanlar və mədəniyyətlər
arasında münasibətlərə
təsirləri müzakirə
olunub
Xəbər verdiyimiz kimi, aprelin 23-də beynəlxalq
təşkilatların yüksək
səviyyəli rəsmiləri
və tanınmış
ekspertlərin iştirakı
ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual
görüşü keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət
naziri, BMT Sivilizasiyalar
Alyansının ali nümayəndəsi,
İCESCO-nun baş direktoru,
UNESCO və digər qurumların nümayəndələrinin
iştirak etdiyi virtual
görüş Mədəniyyət
Nazirliyinin “Facebook” səhifəsi üzərindən
canlı yayımlanıb.
Virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı
böhranın insanlar
və mədəniyyətlər
arasındakı münasibətlərə
təsirlərini müzakirə
etmək, bu şəraitdə effektiv dövlətlərarası və
mədəniyyətlərarası əməkdaşlıqla bağlı
fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.
Görüşü açan Mədəniyyət
naziri Əbülfəs
Qarayev qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən 2008-ci ildə
irəli sürülən
mədəniyyətlərarası dialoqa dair “Bakı
Prosesi” təşəbbüsü
ötən müddətdə
qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla)
“Bakı Prosesi” çərçivəsində beş dəfə
Dünya Mədəniyyətlərarası
Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan
paytaxtı 2016-cı ildə
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev
sahibliyi edib.
Nazir bildirib ki, BMT tərəfindən
“Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası
və dinlərarası
dialoq sahəsində əsas qlobal platforma elan edilib.
Əbülfəs Qarayev çıxışında
həmçinin ölkəmizdə
COVİD-19 virusu ilə
mübarizə istiqamətində
həyata keçirilən
tədbirlər barədə
ətraflı məlumat
verib, bu günlər mədəniyyət
və yaradıcılığın
dəstəklənməsi üçün
20-dən çox layihənin
həyata keçirildiyini
diqqətə çatdırıb.
Virtual görüşdə çıxış
edən BMT baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının
ali nümayəndəsi
Migel Moratinos Azərbaycan dövlətinə
və şəxsən
Prezident İlham Əliyevə mədəniyyətlərarası
dialoqa dair belə bir qlobal
təşəbbüsə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, pandemiyanın yaratdığı
vəziyyətə görə
bütün əvvəlki
planları həyata keçirmək mümkün
olmasa da, bu humanitar böhranın
qarşısını almaq
üçün həmrəylik
nümayiş etdirməliyik.
İCESCO-nun baş direktoru
Salim Al-Malik Azərbaycanın təşkilatla
əlaqələrinin inkişafına
göstərilən dəstəyə
görə ölkəmizin
rəhbərliyinə təşəkkürünü
ifadə edib. Baş direktor
İCESCO tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün
bir sıra layihə və müsabiqələrin elan
edildiyini, xüsusilə
rəqəmsal inkişafla
bağlı mühüm
addımların atıldığını
diqqətə çatdırıb.
UNESCO-nun nümayəndəsi Ann
Belinda Preis təşkilatın
“Bakı Prosesi”nə sadiqliyini ifadə edərək qurum tərəfindən “ResiliArt”
(dözümlü incəsənət)
beynəlxalq çağırışının
elan edildiyini, UNESCO-ya üzv dövlətlərin
Mədəniyyət nazirlərinin
onlayn görüşünün
keçirildiyini vurğulayıb.
Panelin digər
iştirakçıları tərəfindən mövcud
vəziyyətlə əlaqədar
maraqlı təkliflər
irəli sürülüb,
fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə
qurulmuş mədəni
əlaqələrin daha
da gücləndirilməsinin
zəruriliyi vurğulanıb.
Sonda virtual
görüşün müzakirəsinin xüsusi hesabatının hazırlanması və
gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim
edilməsi qərara alınıb.
Mədəniyyət.- 2020.- 29
aprel.- S.3.