Tanınmış bakılı yazıçı dünyasını dəyişib

 

 

Əslən Bakıdan olan tanınmış yazıçı, dramaturqssenarist, şair Leonid Zorin martın 31-də Moskvada 96 yaşında dünyasını dəyişib.

 

Leonid Henrixoviç Zorin (Zalsman) 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1948-ci ilədək Bakıda yaşayıb. Sonra Moskvaya köçüb.

 

O, 50-dən çox pyesin və şeirlər kitabının müəllifidir. Yazıçının ssenarisi əsasında çəkilmiş “Pokrov darvazaları” filmi tamaşaçıların ən çox rəğbətini qazanan ekran əsərlərindəndir.

 

Mədəniyyət.- 2020.- 7 aprel.- S.6.