Tamaşaçılarla sənət ünsiyyətinə əngəl yoxdur

 

Yaradıcı kollektivlər karantin rejimində virtual formatda çalışırlar

 

Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə tətbiq olunan xüsusi karantin günlərində paytaxtla yanaşı, digər şəhərlərdəki teatrlar da öz tamaşaçılarına texniki imkanları çərçivəsində onlayn xidmət göstərməyə çalışırlar, o cümlədən sosial şəbəkələr üzərindən repertuar tamaşalarının videoyazılarını nümayiş etdirirlər.

 

Sumqayıt Dövlət Dram TeatrınınEvdə qal, tamaşa izləkampaniyasına bir çox sənətsevər qoşulub. Yaradıcı heyətSiz bizə gələ bilmirsiz, biz sevdiyiniz tamaşalarla sizə gələkproqramı çərçivəsində aprel ayının virtual repertuar planını da təqdim edib. Həftənin cümə, şənbə, bazar günləri saat 18:00-da böyüklər, gündüz saat 12:00-da  uşaqlar üçün tamaşalar teatrınFacebooksəhifəsində nümayiş etdirilir. Virtual  repertuarda teatrın sosial şəbəkə səhifələrinə göndərilən tamaşaçı rəy istəkləri nəzərə alınıb.

 

***

 

Ekstremal vəziyyətdə, sosial izolyasiya şəraitində tamaşaçı ilə ünsiyyət qura bilən sənət ocaqlarına koronavirus da əngəl ola bilməz. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı daEvdə qal, tamaşa izlədevizi ilə virtual formatda teatrsevərlərin görüşünə gəlir.

 

Teatrın sadiq tamaşaçılarıEvdə qal, tamaşa izlədevizi altında sosial şəbəkə üzərindən aprel ayı ərzində ümumilikdə 20-dək tamaşa-seansa baxa bilərlər.

 

***

 

Lənkəran Dövlət Dram Teatrı bu günlər öz fəaliyyətini şəraitin tələbinə uyğun qurub. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv sənət fəaliyyətini dayandırmayıb. Aprelin 1-də Bəhram Beyzayininİlan sultan” əsərinin tamaşası teatrınFacebook”, “Youtubesəhifələrində nümayiş olunub: “KollektivimizEvdə qal, tamaşa izlədevizi altında maarifləndirici videoçarxlar hazırlayaraq onlayn formatda nümayiş etdirib. Hazırda yaradıcı kollektivOğrutamaşasının məşqlərini onlayn şəkildə davam etdirir. Çalışırıq ki, yaranmış bu fasilədən səmərəli istifadə edib tezliklə tamaşaçılara yeni səhnə əsəri təqdim edək”.

 

***

 

Füzuli Dövlət Dram Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərar tövsiyələrinə ciddi riayət edir. Koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında teatr tamaşalarınıFacebookşəbəkəsi vasitəsilə təqdim edir.

 

Hazırda teatrın repertuarında ElçininQatil”, A.HəsənoğlununYaddaş”, H.MirələmovunXəcalət”, Ə.OrucoğlununNənənin kələyi”, Ş.QurbanovunOlmadı elə, oldu belə”, M.F.AxundzadəninMüsyö Jordan dərviş Məstəli şahtamaşaları yer alır.

 

***

 

Ağdam Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Novruz Cəfərov teatrın sosial şəbəkələrdəki səhifələrində müntəzəm olaraq sevilən tamaşaları paylaşdıqlarını, səhnə əsərləri haqqında məlumat verdiklərini deyir: “Teatrımız ölkə başçısının çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. “Evdə qal, tamaşa izləkampaniyasına qoşulan aktyorlarımız müntəzəm olaraq maarifləndirici videoçarxlar hazırlayıb paylaşırlar. Ümid edirik ki, əzmkar xalqımız bu sınaqdan da üzüağ çıxacaq biz yenə çox darıxdığımız səhnəmizdən tamaşaçılarımıza sənət ərməğanları edəcəyik”.

 

***

 

Qusar Dövlət Ləzgi Dram Teatrı da xüsusi karantin rejimində sənət həyatına davam edir. Teatrın direktoru Faiq Qardaşov deyir ki, “Facebooksəhifəmizdə gündəlik olaraq tamaşaçılarımıza repertuarda olan səhnə əsərlərini təqdim edirik. Müəyyən edilən saatlarda Ə.ƏmirlininSəhnədə məhəbbət”, A.SaqarelininXanuma”, Ə.OrucoğlununNənənin kələyi başqa tamaşalarımızı virtual şəkildə izləmək mümkündür.  ƏməkdaşlarımızEvdə qal, teatrsız qalmakampaniyasında fəal iştirak edərək onlayn məşqlərini davam etdirirlər. Sənətə sevgi olan yerdə heç bir maneə tab gətirməz. Biz səbirsizliklə tamaşaçılarımızla görüşü gözləyirik”.

 

***

 

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova da sosial təcrid günlərində teatrsevərləri unutmadıqlarını deyir: “Teatrımızın “Facebook” səhifəsində repertuardakı bütün tamaşalar onlayn nümayiş olunur. Bundan başqa, biz hazırda teatrın repertuarında olmayan tamaşaları təqdim edirik. Aprel ayının repertuar planını da tərtib edərək saytımızda yerləşdirmişik. Onu da qeyd edim ki, aprel repertuarımız tamaşaçıların istəkləri əsasında formalaşıb”.

 

İ.Gözəlova qəzetimiz vasitəsilə Gəncə teatrının tamaşaçılarına çağırış da etdi: “Əziz tamaşaçılar, biz mövcud imkanlar daxilində sizləri tamaşasız qoymamağa çalışırıq. Siz də evinizdə oturaraq özünüzü qoruyun. Çalışaq bu vaxtdan da  səmərəli istifadə edək. Biz də hazırda yeni tamaşalar, yeni layihələr üzərində çalışırıq”.

 

***

 

Mingəçevir Dövlət Dram Teatrından verilən məlumata görə, kollektiv “Evdə qal, tamaşa izlə” kampaniyasına qoşularaq gündəlik tamaşaçıların sevdiyi Ü.Hacıbəylinin “Ər və arvad”, A.ŞaiqinBir saatlıq xəlifə”, F.Bulyakovun “Nənələr ərə gedir”, Ə.Əmirlinin “İki yetimin taleyi” və digər tamaşaları onlayn şəkildə teatrın sosial şəbəkə hesabında nümayiş etdirir.

 

Balaca tamaşaçıları da darıxmağa qoymayan yaradıcı heyət onlar üçün də ayrıca repertuar tərtib edib. Sevilən uşaq tamaşaları da onlayn şəkildə nümayiş etdirilir.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2020.- 7 aprel.- S.4.