Qənirə Paşayevanın kitabı Təbrizdə
nəşr edilib
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın kitabı Təbrizdə nəşr edilib.
“Səndən sonra” şeirlər və esselər kitabı ərəb qrafikalı əlifba ilə işıq üzü görüb. “Yaşar qələm” nəşriyyatında işıq üzü görən kitabı tanınmış şair Çalğın nəşrə hazırlayıb.
Millət vəkili Q.Paşayeva bildirib ki, bu, onun üçün xoş sürpriz olub: “Doğma Təbrizdə kitabı çıxmaq hər bir yazarımız üçün əlamətdar və arzulanan hadisədir. Əməyi keçən hər kəsə, özəlliklə, Çalğın bəyə, “Yaşar qələm” nəşriyyatının başçısı Xosrov Barışana təşəkkür edirəm”.
Qeyd edək ki,
müəllifin trilogiya təşkil edən
“Məndən sonra”, “Səndən sonra” və “O” kitabları dünya,
insan, sevgi, eşq, hadisələr üzərində
yazılmış şeirlər və esselərdən ibarətdir.
“Səndən sonra” kitabı ilk dəfə 2014-cü ildə Bakıda
işıq üzü görüb.
Mədəniyyət.-
2020.- 7 avqust.- S.7.