Milli təsviri sənətin
görkəmli nümayəndəsi
Avqustun 7-də milli təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun (1930–2013) anadan olmasının 90 ili tamam olur.
Bakıda doğulub Parisdə əbədiyyətə qovuşan Toğrul Nərimanbəyov natürmort, portret, mənzərə və s. janrlarda dünyaca məşhur əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib.
Respublika Gənclər Kitabxanası rəssamın 90 illiyi münasibətilə “Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlayaraq sosial şəbəkələr üzərindən istifadəçi auditoriyasına təqdim edib.
Videoçarxda rəssamın yaradıcılığından bəhs olunur, əsərlərinin mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqləndiyi vurğulanır.
Mədəniyyət.- 2020.- 7 avqust.- S.1.